Oxu.Az xarici KİV-ə istinadla insanların geyimlərində rəng seçimi ilə bağlı buraxdığı səhvləri aradan qaldıra biməsi üçün stilistlərin bir neçə məsləhətini təqdim edir:
-Geyimdə üçdən artıq rəng və çalarlar olmamalıdır;
-Qara və ağ rəngdən istifadə etməyi unutmayın.Ağ köynək və qara dar ətək xanımı çox cazibədar, kübar, işgüzar, eyni zamanda, zövqlü göstərir. Diqqət mərkəzində olmaq istəyirsinizsə, bu dəstə əlvan rənglərdə olan şərf və dikdaban ayaqqabı seçə bilərsiniz;
-Geyimdə bir rəng o birilərinə nisbətən üstünlük təşkil etməlidir;
-Pastel tonları bir-biri ilə uyğunlaşdırın;
-Aşağıdakı rənglər yuxarıya nisbətən tünd olmalıdır. Lakin bu qayda ağ rəngdə olan geyimlərə şamil olunmur;
-Geyimdə ya bir-birindən kəskin fərqlənən, ya da uyğun gələn rəngləri kombinə edin.
Aktual.az
Xəbər 706 dəfə oxunub.