“Rembo” Trampın vəzifə təklifindən imtina etdi

“Rembo” Trampın vəzifə təklifindən imtina etdi
  • DÜNYA

Əfsanəvi aktyor, prodüser və rejissor Silvestr Stallone Milli İncəsənət Fondunun rəhbəri postundan imtina edib. 

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, döyüş filmlərinin qəhrəmanı özünü başqa sahədə gördüyünü bildirib. 

Stalloneyə bu postu yeni seçilən ABŞ prezidenti Donald Tramp şəxsən təklif edib. "Variety”nin məlumatına görə, Stallone göstərdiyi etibara görə Donalda minnətdarlığını bildirib. Lakin veteranlarla işləməklə daha çox faydalı olacağını qeyd edib. 

Aktyorun sözlərinə görə, onun üçün sabiq hərbçilərə yardım təşkilatında çalışmaq daha əhəmiyyətlidir. Belə ki, vəzifə borclarını yerinə yetirdikdən sonra geri qayıdan hərbçilərə yaşayış yeri, maliyyə və sosial uyğunlaşma məsələləri ilə bağlı kömək etmək lazımdır.
 
Aktual.az
Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR