Reklamlarda uşaqlarla bağlı qadağa

Reklamlarda uşaqlarla bağlı qadağa

Reklamlarda uşaqların görüntüsü yalnız valideyn, yaxud onları əvəz edən şəxslərin razılığı ilə istifadə oluna bilər.
Aktual.az xəbər verir ki, bununla bağlı Azərbaycanda yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsindən irəli gələrək "Reklam haqqında" qanuna yeni maddə əlavə edilməsi təklif olunur.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan dəyişiklikdə qeyd olunub ki, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.
Xatırladaq ki, yeni hazırlanmış "Uşaq hüquqları haqqında" qanun layihəsinə əsasən, dövlət uşaqları mənəvi və fiziki baxımdan zərərli olan reklamlardan müdafiə edir.
Layihədə qeyd edilib ki, uşaqların zərərli reklamdan müdafiəsinin əsas prinsipləri və reklama dair tələblər "Reklam haqqında" qanunla müəyyən ediləcək.
Bundan başqa, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna təklif edilən dəyişikliyə görə isə uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması qadağan ediləcək.
Xəbər 53 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR