Ürək ağrısı Azərbaycanda "kəsiləcək"

Ürək ağrısı Azərbaycanda

Sumqayıt Kimya-Sənaye Parkının ərazisində yaradılacaq dərman preparatlarının istehsalı üzrə Azərbaycan-İran birgə müəssisəsinə 30 milyon dollardan çox investisiya qoyulacaq.

Aktual.az faktxəbər.com-a istinadən bildirir ki, bu barədə İranın "Darou Pakhsh" əczaçılıq şirkətinin rəhbəri Kambiz Amcadi deyib.

Xatırladaq ki, bu layihə ilə əlaqədar İran şirkəti SKSP, Azərbaycan İnvestisiya Şirkəti və Azərsun Holdinqlə anlaşma memorandumu imzalayıb.

"Birgə müəssisənin səhmlərinin 49%-i İran tərəfinə, 25%-i Azərbaycan İnvestisiya Şirkətinə, 26%-i isə Azərsun Holdinqə məxsus olacaq", - deyə Amcadi qeyd edib.

Onun fikrincə, zavod yaxın 2 il ərzində istismara veriləcək. Müəssisədə 90-dan çox dərman preparatı istehsal ediləcək. Bunların arasında ürək-damar, yoluxucu və qeyri-yoluxucu xəstəliklərə qarşı dərmanlar, müxtəlif növ antibiotiklər olacaq.

Bir qədər əvvəl isə Azərbaycan-İran hökumətlərarası komissiyasının ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə katibliyinin rəhbəri Mehdi Möhtəşəmi bəyan edib ki, birgə müəssisə daxili dərman tələbatını ödəməklə yanaşı, ixracla da məşğul olacaq.

Darou Pakhsh - İranın və regionun iri əczaçılıq şirkətidir. Bu kommersiya strukturu özündə 10 şirkəti birləşdirən DarouPakhsh Holding-ə daxildir. Holdinq dərman və tibbi vasitələrin istehsalı, satışı ilə məşğuldur.

Xəbər 732 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR