"Regionlarda Gənclər üçün Təhsil Mərkəzinin fəaliyyəti ictimaiyyətə faydalıdır" — Səfir Edvard Carvardin


Gənclər üçün Təhsil Mərkəzi ,Unicef-in Azərbaycan Ofisi və Avropa İttifaqının birgə layihəsi olan "Azərbaycanda Uşaqlar üçün Ədliyyə Mexanizmlərindən İstifadənin Dəstəklənməsi” layihəsi çərçivəsində "Aztəminatlı ailələrə uşaq hüquqları üzrə hüquqi xidmət”  bir illik hesabat verdi . Görüş zamanı həmçinin Unicef-in Azərbaycan ofisinin rəhbəri cənab Edvard Carvardinin iştirakı ilə layihə çərçivəsində orta-dövr icmalı və "Zorakılıqdan uzaq uşaqlıq”adlı strategiyanın müzakirəsi təşkil edilib.

Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin  ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyev, yetkinlik yaşına  çatmayanların işləri üzrə komissiyanın üzvləri, Polis,Səhiyyə , Təhsil,Məşğulluq,DSMF rayon şöbəsinin əməkdaşları iştirak etmişdir.

Hesabatı giriş sözü ilə açan Mərkəzin Qarabağ ofisinin rəhbəri Radə Qafarova layihə barədə geniş təqdimat edərək bir il ərzində 507 əlilliyi olan və qaçqın uşaqlara  hüquqi yardım göstərilməsi haqqında məlumat vermişdir.Daha sonra Unicef Azərbaycan ofisinin  rəhbəri cənab Edvard Carvardin layihə çərçivəsində fəaliyyət göstərən Mərkəzin xidmətini yüksək qiymətləndirərək bundan sonra davamlılıq üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğuladı.
Sonra qonaqlar rayonda Gənclər üçün Təhsil Mərkəzi nəzdində  fəaliyyət göstərən "İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə aztəminatlı ailələrdən olan və sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü.Uşaqların ifasında səsləndirilən maraqlı musiqi nömrələri  və şeirlər qonaqlarda xoş təəsürat yaradıb.
 Displaying 4.jpg
 
Displaying 5.jpg
 
Displaying 2.jpg
Aktual.az

                                                                                           

Xəbər 418 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR