Azərbaycanda fəaliyyət göstərən “Region” TV adını bu gündən dəyişib.
Aktual.az xəbər verir ki, bu barədə Report-a Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.
O bildirib ki, “Region” TV sentyabrın 5-də MTRŞ-yə adının dəyişdirilməsi və ARB TV olması ilə bağlı müraciət edib:
“Televiziyanın müraciətində heç bir problem görülməyib və TV bu gündən yeni adla yayımlanacaq”.
T.Məmmədov onu da bildirib ki, ölkədə RTV TV adlı region yayımçısı da olduğu üçün bəzən bu iki televiziya qarışdırılırdı.