Referendumun yekun nəticələri gələn ay elan ediləcək

Referendumun yekun nəticələri gələn ay elan ediləcək

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən referendumun yekun nəticələri oktyabrın 21-dək açıqlanacaq.

Aktual.az  Report-a istinadən xəbər verir ki, bu müddət ərzində Mərkəzi Seçki Komissiyası (MSK) referenduma yekun vuracaq və nəticələri rəsmi bildiriş formasında elan edəcək.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bu prosedur səsvermə günündən başlayaraq 25 gündən gec olmayan müddətdə yekunlaşmalıdır.

Qeyd edək ki, ümumxalq səsverməsinə çıxarılmış Referendum Aktı layihəsi 29 hissədən ibarət olub.

Xatırladaq ki, MSK-nın açıqladığı ilkin nəticələrə görə, referendumda 5 milyon 267 min 111 seçicidən 3 milyon 671 min 797 nəfəri, ümumilikdə 69,7 faizi iştirak edib.

Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR