Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə bu günə - sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) baş tutmuş hesab olunur.
Aktual.az Report-a istinadən xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, referendumda vahid seçici siyahısında olan seçicilərin 25%-dən azı iştirak etdikdə referendum baş tutmamış sayılır.
Bu gün saat 12:00-a olan seçici fəallığı vahid seçici siyahısında olan seçicilərin 30.6 faizini təşkil edir. Yəni, referendum baş tutmuş hesab olunur.