"Real"ın futbolçusuna 4 ay həbs və 750 min avro cəza verildi

  • İDMAN

"Real"ın və Braziliya millisinin futbolçusu Marselo vergi cəzasına məruz qalıb.


Aktual.az goal.az-a istinadən xəbər verir ki, Madrid məhkəməsi müdafiəçiyə imic haqlarından əldə etdiyi məvacibin vergisini ödəmədiyi üçün 4 ay həbs və 750 min avro pul cəzası verib. Marselonun Uruqvayda "Birsen Trade SA" adlı şirkət açdığı və bu şirkət vasitəsiylə imic haqlarından gələn pulu əldə etdiyi bildirilir.

Əvvəllər Lionel Messi, Kriştianu Ronaldu, Joze Mourinyo və Aleksis Sançesin də vergiylə bağlı İspaniyada problemləri olub.
 
Aktual.az
Xəbər 428 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR