"Real"da yay transferləri üçün sanballı büdcə ayrılacaq
Aktual.az goal.az-a istinadən xəbər verir ki, klubun prezidenti Florentino Perez heyətin yenidən qurulmasını zəruri hesab edir. Ulduz futbolçuları heyətə cəlb etmək üçün 300 milyon avro xərcləmək nəzərdə tutulur.
Prioritet isə PSJ-nin braziliyalı hücumçusu Neymar olacaq. "Real" "Financial fair play" qaydalarını pozmamaq üçün bir neçə oyunçunu satmalı olacaq. Beləliklə, Kriştianu Ronaldunun "Mançester Yunayted" və ya PSJ-yə satılması məsələsi gündəmə gələ bilər. Benzema və Beylin də son vaxtlar nəticəyə təsir göstərə bilməməsi rəhbərliyi narahat edir
Xəbər 498 dəfə oxunub.