“Real Madrid”in yeni baş məşqçisi bəlli oldu

“Real Madrid”in yeni baş məşqçisi bəlli oldu

İspaniyanın "Real Madrid" klubu uzun sürən məşqçi axtarışına son qoyub.

AZƏRTAC xəbər verir ki, Madrid təmsilçisi İspaniya milli komandasının baş məşqçisi Xulen Lopeteqiyə tapşırılıb.
52 yaşlı mütəxəssislə üç illik razılıq əldə olunub. Lopeteqi dünya çempionatından sonra komandaya rəhbərlik edəcək. İspaniyalı mütəxəssis 2016-ci ildən milli komandaya rəhbərlik edir. O, bu günə kimə 20 oyunda 14 qələbə qazanıb.
Həmçinin mütəxəssis 21 yaşadək (U-21) İspaniya millisi ilə Avropa çempionu adı qazanıb. X.Lopoteqi 2014-cü ildə Portuqaliyanın "Porto" klubunu baş məşqçisi vəzifəsində çalışıb.O, bu posta Zinəddin Zidanı əvəzləyib.

Aktual.az
Xəbər 1026 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR