La Liqada 20-ci turun oyunları davam edir.
Bazar günü "Real Madrid” səfərdə "Malyorka” ilə qarşılaşıb.
Oyunda hesabı açan paytaxt komandasının futbolçusu olsa da, qol ev sahibinin aktivinə yazılıb. Belə ki, Naço topu öz qapısına vurub.
İkinci hissədə isə Asensio penaltidən yararlana bilməyib. Bununla da, "Kral klubu” səfərdən əli boş qayıdıb - 1:0.
Qeyd edək ki, tura bazar ertəsi "Rayo Valyekano” – "Almeriya” matçı ilə yekun vurulacaq.
Xəbər 299 dəfə oxunub.