"Real Madrid" klubu baş məşqçisini istefaya göndərib

  • İDMAN

Madridin "Real" klubu komandanın baş məşqçisi Xulen Lopeteqi ilə müqaviləyə vaxtından əvvəl xitam verib.


"Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komandanın Direktorlar Şurası bu qərarı Madrid klubunun nəticələrinin qənaətbəxş olmaması ilə bağlı qəbul edib. Baş məşqçinin vəzifələrini müvəqqəti olaraq bundan əvvəl "Kastilyu" klubunu çalışdırmış Santyaqo Solari icra edəcək. Argentinalı mütəxəssis oktyabrın 30-dan klubda işə başlayacaq.

"Real" oktyabrın 28-də "Barselona" ilə keçirilən "El klasiko" matçında 1:5 hesabı ilə məğlub olub. Komanda keçirdiyi son 7 oyundan 5-də məğlub olub və 10 turdan sonra ölkə çempionatında 9-cu yerdə qərarlaşıb.

Lopeteqi komandaya 2018-ci ilin iyununda gətirilib. O bu postda Zinəddin Zidanı əvəz edib.

Mütəxəssis bundan əvvəl İspaniya yığmasında, "Portu" klubunda və digər komandalarda işləyib.

 
Aktual.az
Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR