Rayonlardan gələn 400-dən çox maşın Bakıya girə bilmədi

Rayonlardan gələn 400-dən çox maşın Bakıya girə bilmədi

Bu gün gecə saat 00:00-dan etibarən rayon qeydiyyatında olan şəxslərin Bakı, Sumqayıt və Abşeron rayonuna girişinin qadağan olunmasının icrasına başlanılıb.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, qaydalara riayət etməyənlər çox olub. Vətəndaşların bəziləri vaxtı, bəziləri hava şəraitini səbəb kim göstərib, amma heç kimə güzəşt edilməyib. "Nazirlər Kabineti yanında operativ qərargah Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı qərar verib, Baş Dövlət Yol Polisi İdarəsi də onu yerinə yetirir.
Məhdudiyyət martın 29-na kimi davam edəcək. Qadağanı pozmağa cəhd edənlərlə bağlı ciddi intizam tənbehi tədbiri görüləcək" deyə Kamran Əliyev qeyd edib.
Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR