Son günlər ölkə ərazisində havaların qeyri-sabit keçməsi rayonlara hərəkət edən marşrut avtobuslarının hərəkətinə mane olmayıb.
Bu barədə Trend-ə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib.
M.Abdullayev bildirib ki, bəzi rayonlara intensiv yağışların və qarın yağmasına baxmayaraq marşrutlar öz qrafiki ilə hərəkət edir: "Əsasən bəzi rayonların dağlıq hissəsinə qar yağıb ki, bu da bizim işimizə mane olmur. Avtomobil yollarında maneə yoxdur. Marşrutlar qrafikə uyğun hərəkət edir".
Aktual.az