Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən proses qapalı olub.
Vəkil Fuad Ağayev prosesdən sonra bildirib ki, o və Rauf Mirqədirov məhkəməsən bəraət hökmü çıxarılmasını xahiş edib, dövlət ittihamçısı isə hökmün qüvvədə saxlanmasını istəyib.
Məhkəmə müşavirəyə gedib.
Qərar sabah elan olunacaq.
Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.