Rauf Arifoğlu deputatlığa namizəd ola bilər - Dairə məlumdur

Rauf Arifoğlu deputatlığa namizəd ola bilər  - Dairə məlumdur

"Yeni Müsavat" qəzetinin baş redaktoru və təsisçisi Rauf Arifoğlu doğulduğu Tovuz rayonundan namizədliyini irəli sürə bilər.

"Qafqazinfo" xəbər verir ki, Baş redaktor Teleqraf.com-a açıqlamasında bildirib ki, o, seçkilərdə iştirakla bağlı qəti qərar verməyib: "Seçkilərdə iştirak etmək niyyətim var, amma hələ qəti qərar verməmişəm. Prosesləri izləyirəm, dairələrə baxıram. Əgər qərar verəsi olsam, bu, bir-iki gün ərzində həll olunacaq məsələdir. Ona görə də tələsmirəm".

R.Arifoğlu qeyd edib ki, namizədliyini vermək istəsə, 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsini seçəcək: "Doğulduğum kənd bu dairədə yerləşir. Amma seçkilərdə iştirak etməyə də bilərəm. Açığı seçkilərdə iştirakla bağlı böyük iddiam, həvəsim yoxdur".

Baş redaktor təbliğat kampaniyası dövründə müxalifətdən olan namizədlərə "Yeni Müsavat" qəzetinin dəstək verib-verməyəcəyinə də toxunub: "Bəzi dostlara güzəştlər olunacaq. Amma indidən bu barədə heç nə deyə bilmərəm. Məqamı yetişəndə bununla bağlı da qərarımızı verəcəyik".

Qeyd edək ki, hazırda həmin dairəni parlamentdə Ədalət Partiyasının sədri İlyas İsmayılov təmsil edir.

/ Aktual.az

Xəbər 1886 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR