Xəbər verdiyimiz kimi bir müddət öncə səhhətindəki problemə görə Türkiyəyə gedən Xalq artisti Rasim Balayevdən xəbər var.
Xalq artisti Moderator.az-a açıqlamasında Türkiyədə müayinə olunduqdan sonra vətənə qayıtdığını bildirib:
"Bakıda bir neçə həkimə müraciət etsəm də onlar məni əməliyyat edən həkimi məsləhət gördülər. Ona görə də yenidən Türkiyəyə yollandım. Məni onurğa sümüyümdən əməliyyat edən həkimlər ağrılarıma görə müayinə etdilər. Bildirdilər ki, hər şey yaxşıdır və sadəcə bu ağrılardan qurtulmaq üçün zamana ehtiyacın var. Ona görə də nikbinəm və inanıram ki, hər şey yaxşı olacaq. Diqqətiniz üçün sizlərə də minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Xalq artisti Rasim Balayev bir neçə ay öncə Türkiyədə onurğa sümüyündən ağır əməliyyat keçirib.
Xəbər 1389 dəfə oxunub.