Ramzan Kadırov İŞİD-ə meydan oxudu

Ramzan Kadırov İŞİD-ə meydan oxudu
  • DÜNYA

Çeçenistan prezidenti Ramzan Kadırov İŞİD-i təhdid edib.

Aktual.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya mətbuatında yer alıb. 

İŞİD Rəqqa şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə casusluqda günahlandırdığı çeçen kökənli Kasiyev Maqomid adlı şəxsin başını kəsib.


Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Kadırov "Bu adam öldürən şəxs, bilsin ki, çox yaşamayacaq" deyərək, İŞİD döyüşçüsünü təhdid edib.

Çeçenistanda qadınların hicab bağlamasını məcbur edən Kadırov, Qafqazda islamçı döyüşçülərə qarşı amansız mübarizə aparır. 

Çeçenistan və Dağıstanda yüzlərlə ekstremistin Suriya və İraqa gedərək İŞİD terror təşkilatına qoşulduğu bildirilir. 

Aktual.az 

Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR