"Ramiz Novruz xanımımı, qızımı təhqir edib" - xalq artisti


"Ramiz Məlik üzrxahlığımı qəbul etməsə, qanun qarşısında cavab verməyə hazıram".

Axşam.az xəbər verir ki, Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruz "Report"a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, xalq artisti həmkarı Ramiz Məliklə aralarında baş verən münaqişəyə bu gün aydınlıq gətiriləcək:

"Ramiz Məlik polisə şikayət ərizəsi yazıb. Müstəntiq bu gün məsələni araşdıracaq. Şahidlərə əziyyət verməmək üçün, müstəntiqi teatra dəvət etdim. Hazırda gözləyirik. İstəməzdim ki, ilk iş günümüzdə belə hadisə baş versin. Amma belə alındı. Heç birimiz əsəblərimizə hakim ola bilmədik. Əslində mən, Ramiz Məlikin xətrini çox istəyirəm. Aramızda uzun illərin dostluğu var. Qan düşməni deyilik ki? Sadəcə, onun son vaxtlar internetdə ünvanıma dediyi, həqiqətə uyğun olmayan sözlərə dözə bilmədim. Bir neçə dəfə, özünə yazdım ki, hər kəsin gözü önündə belə şeylər yazma. Gəl, təkliklə oturub, danışaq. Amma daha da, əsəbləşdi və razılıq vermədi. Mən o yazılanları onun yazdığına belə inanmırdım. Əslində bunu aydınlaşdırmaq üçün ona yaxınlaşdım və bu zaman münaqişə baş verdi. Ramiz Məlik məndən 12 yaş böyükdür. Ondan üzr istəməyə hazıram. Əgər razılıq versə, üzr istəyəcəm və bu məsələ bitəcək. Yox, üzürxahlığımı qəbul etməsə o zaman qanun qarşısında cavab verməyə hazıram. Lazım gəlsə, həbsxanaya da gedərəm. Neyləməli?"

Xalq artisti bildirib ki, baş verən münaqişə ilə bağlı yayılan bəzi xəbərlər həqiqəti əks etdirmir və şişirdilib:

"Yazırlar ki, guya bizim paltarlarımız cırılıb, üzümüz göyərib. Belə şişirtmək lazım deyil. Əsla, belə olmayıb. Ramiz Məlikə əl qaldırmağım doğrudur, amma aktyor dostumuz Kazım Abdullayev tez araya girib, mənim onu vurmama imkan verməyib. Bizi ayırıblar".

Xalq artisti Ramiz Məlik isə baş verən münaqişəyə görə həmkarı Ramiz Novruzu günahlandırıb. O, açıqlamasında deyib ki, həmkarını heç vaxt bağışlamayacaq:

"Ramiz Novruz xanımımın, qızımın ünvanına təhqiredici ifadələr işlədib. Mənə qarşı tərbiyəsizlik edib. Onu heç vaxt bağışlamayacam. Bundan sonra onunla hər hansı tamaşada üz-üzə gəlmək istəmirəm. Bitdi. Amma üzrxahlığını qəbul edəcəm. O, da teatrın qarşısında, kollektivin önündə üzr istəməlidir. Üzr istəsin qəbul edəcəm. Amma heç vaxt bağışlamaram".

R.Məlik dava zamanı ciddi xəsarət alması və üz-gözünün göyərməsini təkzib edib:

"İstəyirdim ekspertizaya gedib, amma üzümdə ciddi heç nə yoxdur. Ona görə də ekspertizaya müraciət etməyi lazım bilmədim. Gərək yoxdur".

Xatırladaq ki, avqustun 23-də Akademik Milli Dram Teatrının kollektivi məzuniyyətdən sonra işə qayıdıb. Teatrın həyətində iki xalq artisti - Ramiz Məliklə Ramiz Novruzun son vaxtlar mətbuatda, sosial şəbəkədə bir-birilərinin ünvanına yazdıqları xoşagəlməz sözlərə görə aralarında dava olub.

/ Aktual.az

Xəbər 4398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR