Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında yeni kadr təyinatı olub.
Aktual.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, klinikanın müalicə işləri üzrə direktor müavini vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Tamara Sayad qızı Quliyeva təyin olunub.
O, bu təyinata qədər Onkologiya Klinikasının poliklinika və diaqnostika şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva tuturdu. O, qayınatası dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunduqdan sonra vəzifəsindən azad olunmuşdur.
Xəbər 58 dəfə oxunub.