Bir neçə gün əvvəl 123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyini Cavid Qurbanovun xeyrinə geri götürən politoloq Ramiz Alıyev hansı səbəbdən belə bir seçim etməsinə aydınlıq gətirib.
Aktual.az-ın xəbərinə görə, politoloq bildirib ki, bu sualın cavabını əsaslandıran bir neçə nüans var: ”Əvvəla onu deməliyik ki, Cavid Qurbanovun xidmət istiqaməti bəlli olan bir şəxsdir. Onun xidmət etdiyi yer Azərbaycan dövləti, xidmət etdiyi xalq Azərbaycan Xalqı, xidmət etdiyi şəxs cənab Prezidentdir! Ən əsas məqamlardan biri sədaqetlə bağlı olduğu ideologiyaya sadiqdir və öz liderinə sədaqətlə xidmət edir. Heç bir zaman təmsil etdiyi dövlətini, bağlı olduğu liderini, mənsub olduğu xalqı çətin durumda qoyub qaçmayıb. Əksine hər bir dönəmdə, hər bir çətinlikdə mərdi-mərdanə xidmət etdiyi ideologiyanın əsgerinə yaraşan addımları ilə yaddaşlarda qalıb və buna görə də hər kəs tərəfindən alqışlanıb”. Ramiz Alıyev deyib ki, Cavid Qurbanov təmsil etdiyi dairədə insanların sevgisini artıqlaması ilə qazanan, daima onların yanında olan, dərdlərinə kömək edən, şad günlərində sevinən bir millət vəkili obrazını həmin insanların qəlbində yaradıb və cənab Prezidentinə sedaqetlə bağlı esger adını qazanıb. Məhz ona görədir ki, kəlbəcərli seçiciler fəxrlə “bizim deputat Prezidentin ən sədaqətli əsgəridir” deyirler. Bax bu sevgini qazanmaq lazmdır əhali arasında. Çünki Azərbaycan xalqı cənab Prezidentə sədaqətlə xidmət edən insanları sevir ve dəstekləyir. Bütün bu xidmətlər ölkə başcısı cənab İlham Əliyevin hər kəsdən tələb etdiyi sədaqət nümunəsinə, dövletinə, xalqına, liderinə bağlılığına bir nümunədir. Bax bu və digər müsbət amillərə görə Cavid Qurbanova dəstək olmaq və onun cənab Prezidentə sədaqətlə xidmət etməsini davam etdirmesi üçün dəstəkləməliyik”.