Ramin Quluzadəyə yeni vəzifə həvalə edildi

Ramin Quluzadəyə yeni vəzifə həvalə edildi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam verib.

Sənəddə deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 826; 2006, № 9, maddə 743; 2014, № 9, maddə 1027; 2015, № 3, maddə 286) 3-cü hissəsinin "Komissiya sədrinin müavinləri" bölməsində "Əli Abbasov" sözləri "Ramin Quluzadə" sözləri ilə, "Komissiyanın üzvləri" bölməsində "Samir Nuriyev" sözləri "Əsgər Ələkbərov" sözləri ilə əvəz edilsin".

Xəbər 482 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR