Daxili İşlər naziri general-polkovnik Ramil Usubov bir neçə rayonun polis rəislərinin yerini dəyişib.
Aktual.az-ın criminal.az –a istinadən xəbər verir ki, nazirin əmri ilə Yasamal RPİ-nin rəisi Əkbər İsmayılov Sumqayıt şəhərinin, Pirallahı RPİ-nin rəisi İsfəndiyar Mehbalıyev Yasamal rayonunun, Qax RPŞ-nin rəisi Cümşid İsmayılov Pirallahı royununun polis rəisi təyin edilib.
Qeyd edək ki, İ.Mehbalıyev əvvəllər prokurorluq sistemində çalışıb. Nərimanov rayon prokurorunun köməkçisi işləmiş İ.Mehbalıyev yol verdiyi nöqsana görə prokurorluq sistemindən kənarlaşdırılmışdı. Bir müddətdən sonra o polis sistemində fəaliyyətə başlayır.
Əvvəlcə Xətai rayon Polis İdarəsində bölmə rəisi, sonra Pirallahı rayon Polis İdarəsinin rəisi təyin edilmişdi.