Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçiriləcək.
Sabah respublikanın bütün şəhər və rayonları üzrə idarə, şöbə və bölmə rəisləri nazirliyə toplaşacaq.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçiriləcək kollegiya iclası cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. Kollegiyada respublikada törədilən cinayət hadisələri, həmin cinayətlərin açılması və kriminogen durum müzakirə ediləcək.\apa
Xəbər 2639 dəfə oxunub.