DİN-in mətbuat xidmətinə rəhbərlik müvəqqəti olaraq rəis müavini, polis polkovniki Ehsan Zahidova tapşırılıb.
Aktual.az xəbər verir ki, E.Zahidov modern.az-a deyib ki, mətbuat xidmətinin rəisi Sadiq Gözəlov son yaş həddini tamamlaması ilə əlaqədar təqaüdə göndərilib:
"Onun vəzifəsinin icrası da müvəqqəti olaraq mənə tapşırılıb. Amma heç bir yeni təyinat olmayıb".
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub.
Aktual.az
Xəbər 527 dəfə oxunub.