Ramil Usubov hər il gürcü nazirlə görüşəcək

Ramil Usubov hər il gürcü nazirlə görüşəcək

Azərbaycan və Gürcüstanın daxili işlər nazirləri arasında hər il görüş keçiriləcək.

AzVision.az Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın daxili işlər naziri Ramil Usubovla Gürcüstanın DİN rəhbərinin müavini Besik Amiranaşvili arasında Bakıda keçirilən görüşdə razılıq əldə edilib.

Məlumata bildirilir ki, ilk görüş bu ilin iyununda Gürcüstanda keçiriləcək. Görüşdə cinayətkarlığa, həmçinin sərhədyanı ərazilərdə törədilən cinayətlərə qarşı birgə mübarizə məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Besik Amiranaşvili daxili işlər nazirinin birinci müavini Vilayət Eyuvazovla da təkbətək görüşüb.

Xəbər 529 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR