Ramil Usubov həlak olmuş polisin yas mərasimində

Ramil Usubov  həlak olmuş polisin yas mərasimində

Lənkəranda Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı həyatını itirmiş polis serjantı, 1977-ci il təvəllüdlü Tağıyev Rəsul İsmayıl oğlunun yas mərasimi keçirilir.

Trend Cənub Regional Televiziyasına istinadən məlumat verir ki, mərhumun doğulduğu Lənkəran şəhərinə onun ailə üzvlərinə başsağlığı vermək üçün çoxlu sayda insan gəlib. Mərasimə daxili işlər naziri Ramil Usubov və nazirliyin yüksək rütbəli şəxsləri də qatılıb.

Qeyd olunub ki, həyatını itirən polis əməkdaşları dövlətçiliyin müdafiəsi yolunda canlarını fəda ediblər. Onların ruhuna dualar oxunub.

Ağır atletika üzrə Avropa çempionu Rəsul Tağıyev üç övlad atası idi. II Fəxri xiyabanda torpağa tapşırılan hər iki polis əməkdaşını Azərbaycan Prezidenti İlham Əliyev ölümlərindən sonra Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib.

Xəbər 614 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR