Ramil Səfərov adına "Cənub" İdman Klubunun baş məşqçisi Samir Həsənov ANS-in bağlanmasından danışıb.
Aktual.az xəbər verir ki, S.Həsənov ölkə.az-a açıqlamasında bunları deyib:
"Təbii ki, ANS-də yüzlərlə insan çalışırdı. Amma hər halda dövlətin, məhkəmənin verdiyi qərarlara da hörmətlə yanaşmalıyıq".
Baş məşqçi Ramil Səfərovun da məsələyə münasibəti barədə danışıb:
"Klubumuzun fəxri prezidenti Ramil Səfərov da bu fikirdədir. Bəzən insanlar düşünürlər ki, Ramil Səfərov da ANS-in bağlanmasına münasibət bildirməlidir. Çünki onun məhkəməsində Azərbaycandan iştirak etmiş yeganə kanal məhz ANS olub. Lakin elə məsələlər var ki, burada qanun hər kəsdən üstündür. Ramil müəllim də bildirir ki, bu işə dövlət baxır, qayda-qanun var. Ona görə də təəssüf ki, mən heç nə edə bilmirəm. Ümumiyyətlə, ermənipərəst qüvvələr, canlı əfsanəmizi istəməyənlər çoxdur. Hamımız qəhrəmanımızı qorumalıyıq".
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının müraciətinə baxılaraq ANS-in lisenziyası ləğv edilib. Apellyasiya Məhkəməsi və Ali Məhkəmə qərarı qüvvədə saxlayıb.
Aktual.az