Ramazanla bağlı dini təqvim pozulub - Açıqlama

Ramazanla bağlı dini təqvim pozulub   - Açıqlama

Monitorinqlər zamanı Ramazanla bağlı dini təqvimin Qazax və şimal-qərb bölgəsində pozulması hallarına rast gəlinib.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, təqvim rəsmi din xadimləri deyil, müəyyən qrup şəxslər tərəfindən pozulub: “Biz bunu anlaşılmazlıq kimi qiymətləndiririk. Gələcəkdə bu kimi hallara rast gəlinərsə, buna yol verən şəxslər cəzalandırılacaq”.

S. Heydərov onu da deyib ki, ötən il qanunsuz dini ədəbiyyat satışına görə 15 nəfər məsuliyyətə cəlb olunub.//Apa

Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR