Ramazan bayramında əfv olmayacaq.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə Əfv Komissiyasının üzvü Rəşad Məcid məlumat verib. Onun sözlərinə görə, əfv fərmanından öncə komissiyanın iclasları keçirilir: “Əgər belə bir fərmanın imzalanacağı gözlənilsəydi, o zaman mütləq Əfv Komissiyası yığışardı, iclas keçirib müzakirələr aparardı. Komissiyanın belə bir iclası keçirilməyib”.
R.Məcid Əfv Fərmanının ilin sonunda imzalana biləcəyini qeyd edib.