Bakı şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Fatmayı bağlarında qeydə alınıb. Orada yaşayan Tariyel Qurbanov dərmandan və spirtli içkidən zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.