Ramanada evə basqın edib, qadını yaralayan şəxslərə 10 il cəza verildi - Foto

Ramanada evə basqın edib, qadını yaralayan şəxslərə 10 il cəza verildi - Foto

Bakı Apellyasiya Məhkəməsində Qulu Abdullayev (1998-ci il təv.) və Kamran Cəfərzadənin (1999-cu il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 181.2.1-ci (quldurluq, bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, 2015-ci ilin noyabrın 3-də Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan Aynur Teymurova evində naməlum şəxslər tərəfindən bıçaqlanıb. O, yaxınlarının köməkliyi ilə 3 saylı kliniki xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində həyatı xilas edilib. Sabunçu RPİ Cinayət-axtarış şöbəsi və 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən Ramana qəsəbə sakinləri Qulu Abdullayev və Kamran Cəfərzadə tutulublar. Araşdırma zamanı məlum olub ki, Cəfərzadə qadının oğlu ilə orta məktəbdə bir sinifdə oxuyub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum olunublar. 

Hökmdən məhkumlar apellyasiya şikayətləri verərək, cəzalarının azaldılmasını istəyiblər.

Bakı Apellyasiya Məhkəməsi onların şikayətlərini təmin etməyərək hökmü dəyişdirmədən qüvvəsində saxlayıb.


Xəbər 582 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR