Dələduzluqda ittiham olunan ictimai fəal Rail Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədriliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Rail Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror ötən prosesdəki çıxışında Rail Abbasovun 8 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, R.Abbasov ötən il sentyabrın 20-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdu. İstintaq orqanı ictimai fəalı ev alqı-satqısı zamanı dələduzluqda günahlandırırdı.
Xəbər 82 dəfə oxunub.