Azərbaycanın xalq artisti İlhamə Quliyeva ANS-in efirində yayımlanan "Yoldaş Rövşanə ilə" verlişinin qonağı olub.
Aktual.az anspress-ə istinadən xəbər verir ki, İlhamə xanım verilişdə bir çox məsələlərə aydınlıq gətirib. Özünü sənətinin şahı, padşahı hesab edən xalq artisiti onun arxasınca danışanlara belə cavab verib: "Əgər padşahın arxasınca danışmadılarsa, o nə padşahdı. O, yoxdu deməli. Varam ki, danışırlar. Arenadayam. Mən təqaüdə çıxsaydım və məni "naftalinin" iyi örtsəydi, heç kim məni yada salmazdı. Məni həzm edə bilməməklərinin səbəbi mənim ayaq üstə olmağımdır".
İnsanın hər bir yaşda gözəl olduğunu vurğulayan İlhamə xanım botoks etdirən və yaşını gizlədən sənət nümayəndələrini isə qınayıb: "Mən hər yaşda gözələm. Yaşdan danışanların valideyinəri də yaşlıdır. Onda qoy aparıb onları diri-diri basdırsınlar. Guya ki, bunların qırxı çıxmayıb, bəliyəsən qucağına alasan. Özlərini botoks etdirirlər ağızları çənələrinə sallanır. Mənim yaşım 65-dir. Mən hər doğum günümdə heç fikir etmirəm ki, yaşım çoxaldı".
Universitet məsələsinə gəlincə isə o, Rusiyanın bir ali ocağında hüquq fakultəsində 3-cü kurs tələbəsi olduğunu, qiyabi təhsil aldığını və 2 ildən sonra da diploma sahiblənəcəyini açıqladı. Bunu isə ancaq öz hüqularını bilmək üçün etdiyini bildirib.
Hələ 30 il bundan sonra yaşayacağını qeyd edən xalq artisti vəsiyyət etməyi də unutmadı: "Oğluma demişəm ki, məni gözəl bir qoz ağacından düzəldilmiş tabuta qoysunlar. Onu gözəl bəzəsinlər. İstəyirəm ki, mən bu həyatdan şərəflə gedim. Ölüm gözlə-qaş arasındadır. Arzulayıram ki, öləndən sonra hamı mənə rəhmət oxusun. Rahat ölüm istəyirəm. Gecə yatım səhər gəlsinlər ki, yoxam. Xəstə olub, kiməsə əziyyət vermək istəmirəm" .