Azərbaycanın xalq artisti, Naxçıvan Dövlət Dram Teatrının aktrisası Sofiya Hüseynova torpağa tapşırılıb.
Aktual.az xəbər verir ki, bu barədə Report-a Naxçıvan Dövlət Dram Teatrının direktoru Rza Xudiyev məlumat verib.
O bildirib ki, S.Hüseynova vəsiyyətinə uyğun olaraq, Naxçıvan şəhər qəbiristanlığında dəfn edilib. Mərhum aktrisa həyat yoldaşı - uzun illər Naxçıvan Teatrında baş inzibatçı vəzifəsində çalışmış Maqsud Hüseynovun yanında dəfn edilib:
"Sofiya xanımın oğlu, xalq artisti Rəfael Dadaşovun Naxçıvana gəlməsini gözləyirdik. Axşam saatlarında Rəfael Dadaşov gəldi və anası ilə vidalaşandan sonra, mərhum aktrisamızı torpağa tapşırdıq".
Qeyd edək ki, S.Hüseynovanın ikinci oğlu Rövşən Hüseynov Naxçıvan Teatrının aktyoru, Azərbaycanın xalq artistidir.