Rafael Ağayevin Olimpiadada iştirakı rəsmiləşdi

Rafael Ağayevin Olimpiadada iştirakı rəsmiləşdi

Azərbaycanın Tokio Yay Olimpiya Oyunlarına daha iki lisenziyası rəsmiləşib.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, Ümumdünya Karate Federasiyası (WKF) Xorvatiyanın Poreç şəhərində keçirilmiş Avropa çempionatından sonra Olimpiadaya ilk 40 vəsiqənin sahibini açıqlayıb.

Azərbaycanın dünya çempionları – Rafael Ağayevlə (-75 kq) İrina Zaretskayanın da (+61 kq) lisenziyası rəsmiləşib. Rafael bu nəticəyə reytinqdə üçüncü, İrina isə birinci olmaqla nail olub.

Qeyd edək ki, ümumilikdə Olimpiadada 80 karateçi (40 kişi və 40 qadın) mübarizə aparacaq. Digər 40 karateçidən 24-nün adı 11-13 iyunda Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiya Təsnifat Turnirində bilinəcək. Digər yerlər isə bölüşdürüləcək. 12 əlavə vəsiqə qitə təmsilçiliyinə əsasən sahibini tapacaq. Son 4 lisenziya isə Üçtərəfli Komissiyanın rəyinə əsasən dəvətnamə şəklində ("wild card”) təqdim ediləcək.

Onu da bildirək ki, bununla da Azərbaycanın Olimpiadaya 22 və 23-cü lisenziyası rəsmiləşib.
Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR