Rabitə Nazirliyində birinci müavin təyinatı

Rabitə Nazirliyində birinci müavin   təyinatı

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.

Əldə etdiyimiz məlumata görə, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə Heydər Əliyev Fondunda İşlər departamentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.

Xəbər 718 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR