"Rabitə dünyası" qəzeti əvəzində jurnal nəşr olunacaq


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rəsmi mətbu orqanı olan "Rabitə dünyası" qəzeti yeni formatda və daha geniş auditoriyanı əhatə edən jurnalla əvəz olunacaq.


Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə RYTN-in mətbuat xidmətindən məlumat verilib.
"Məqsəd İKT-yə aid yeniliklərin müasir kommunikasiya vasitələri ilə daha innovativ üsullarla çevik şəkildə auditoriyaya çatdırılmasıdır. O cümlədən, Nazirliyin fəaliyyəti ilə bağlı bütün məlumatlar mütəmadi olaraq www.mincom.gov.az rəsmi portalı və www.ictnews.az elektron xəbər xidməti vasitəsi ilə ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, Nazirliyin mətbu orqanı olan "Rabitə dünyası" qəzeti yeni formatda və daha geniş auditoriyanı əhatə edən jurnalla əvəz olunacaq", - deyə Nazirliyin mətbuat xidmətindən bildirilib.

Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR