Ötən gündən başlayaraq respublikanın Şimal regionunda hava şəraiti dəyişib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, dağlıq ərazilərə 5-15 sm qalınlığında qar yağıb.
Havanın temperaturu mənfi 2-10 dərəcə arasında dəyişir.
Bölgədə ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb - 17 sm.
Quba regional hidrometeorologiya şöbəsindən verilən məlumata görə, qarın hündürlüyü Xızının Altıağac qəsəbəsində 10, Xınalıqda 4, Qusarda 5 sm təşkil edir.
Aktual.az
Xəbər 298 dəfə oxunub.