Qurbanov İngiltərədə mətbuat konfransı keçirməkdən imtina etdi

Qurbanov İngiltərədə mətbuat konfransı keçirməkdən imtina etdi
  • İDMAN

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Nyukasl Yunayted"- "Qarabağ" qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Bakıda baş tutacaq.
Aktual.az xəbər verir ki, bu barədə "Qarabağ" futbol klubunun yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, komandanın media nümayəndələri üçün açıq məşqi fevralın 22-də saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək:
"Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə fevralın 23-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək "Nyukasl Yunayted" - "Qarabağ" oyunu fevralın 24-də İngiltərədə, "St James Park" stadionunda, saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) start götürəcək.
Xəbər 43 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR