Qurban Qurbanov yeni biznesə başladı

Qurban Qurbanov yeni biznesə başladı
  • İDMAN

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov özünə yeni biznes qurub.
Aktual.az Sport1.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi forma satışı şirkəti yaradıb.
Kompaniya "Adidas", "Joma", "Jako" şirkətlərinin Azərbaycanda rəsmi distributorudur. Buradan topdan idman geyimləri və dəstləri sifariş vermək olur.
Artıq ölkəmizdə fəaliyyət göstərən bəzi klublar Qurban Qurbanovun şirkəti ilə əməkdaşlığa başlayıblar. Söhbət "Zirə", "Turan Tovuz" və "Şəfa"dan gedir.
Xatırlayırsınızsa, bir müddət öncə mediada Qurban Qurbanovun Bakı klubuna jest etdiyi ilə bağlı məlumat çıxmışdı. Məsələnin əsli başqadır. "Şəfa" klubu Qurban Qurbanovun şirkətindən "Jako" formaları, idman dəstələri şifariş verib. Geyimlərin çatdırılması gecikib. Bu səbəbdən də şirkət anbarda olan "Adidas" formalarını "Şəfa"ya verməli olub.
Xəbər 53 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR