Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.
Bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında verilib. 45 yaşlı mütəxəssis "Qarabağ"ın baş məşqçisi postunda da işini davam etdirəcək.
Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"a rəhbərlik edir. O, yığmanın sükanı arxasında xorvatiyalı Robert Prosineçkini əvəzləyib. (report)
Aktual.az
Xəbər 495 dəfə oxunub.