Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Qurban Qurbanov:
  • İDMAN

"Tanınmış, hörmətli jurnalist Elvin Rüstəmova Allah rəhmət eləsin. Yaxınlarına başsağlığı verirəm. Təəssüf ki, cavan yaşında vəfat etdi”.
Aktual.az-ın məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçi Qurban Qurbanov "Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis vacib qələbə qazandıqlarını söyləyib: "Nəticə çox önəmli idi. Sonlara doğru komandada həm fiziki, həm də psixoloji yorğunluq olur. Düşündüyümüz bəzi epizodlar alınmasa da, qələbə üçün futbolçular həddən artıq güc sərf etdilər. Son vaxtlar çox yaxşı formada olan rəqibə qarşı oynadıq. "Qəbələ”nin oyunçuları çox rahat çıxış edirlər. Bu baxımdan vacib 3 xal əldə etdik. Təəssüf ki, azarkeş həddən artıq az idi. Amma yenə də işimizə məsuliyyətlə yanaşmalıyıq”.
O, avrokuboklardakı mübarizədə fasilə yarandıqdan sonra komandanın məhsuldarlığının aşağı düşməsinə də münasibət bildirib: "Bəlkə təsadüf demək düzgün çıxmaz. Yorğunluqla bağlı vəziyyət get-gedə qaydasına düşür. Komandada bir ara yorğunluq var idi, amma indi hər şey yaxşıdır. Motivasiya baxımından fərq ola bilər. Avrokubok matçlarında 30 min azarkeşin önündə çıxış edirdik. Futbolu sevdirən, futbolçuları daha istəkli edən fanatlardır. Bunun təsiri ola bilər. Hansısa komandanın məhsuldarlığı bəzən yüksək, bəzən aşağı olur”.
Qurbanov qış fasiləsində heyətin gücləndirilməsi yönündə işlər aparıldığını da vurğulayıb.

Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR