"Pis oyun alınmadı. Bu gün daha az səhv etdik və əvvəlki oyunlara nisbətən daha hazırlıqlı idik”.
APA-nın məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
47 yaşlı mütəxəssis Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Rusiyanın "Ufa" klubu ilə yoxlama matçı (2:1) barədə fikirlərini Ağdam təmsilçisinin rəsmi saytına açıqlayıb: "Əlbəttə ki, çatışmazlıqlarımız çoxdur. Hələ tam istədiyimiz səviyyəyə çatmamışıq. Futbolçular çox məsuliyyətlə hazırlaşırlar. Qarşıdakı son yoxlama oyununa da ciddi hazırlaşacağıq".
Aktual.az
Xəbər 506 dəfə oxunub.