"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov postsovet məkanı klublarında ən çox çempionluq yaşayan mütəxəssislərin reytinq siyahısına düşüb.
"Report"un məlumatına görə, o, "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukla birlikdə 7 titulla 4-5-ci yerləri bölüşdürür.
Siyahıya latviyalı Aleksandr Starkov başçılıq edir. Vaxtilə "Bakı"ya da rəhbərlik etmiş 67 yaşlı mütəxəssisin 12 çempionluğu var. İkinci sırada rumıniyalı Mirça Luçesku (9), üçüncü yerdə isə rusiyalı Oleq Romantsev (8) qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" bu gün 9-cu çempionluğunu rəsmiləşdirəcəyi halda, Qurban Qurbanov titul sayında Romantsevə çatacaq.
Xəbər 430 dəfə oxunub.