"Qarabağ” klubu Azərbaycan idmansevərlərinin döyünən ürəyi olduğu kimi, Qurban Qurbanov da bizim fəxrimizdir, əzizimizdir, qürurumuzdur. O, uğurlarını öz əzmi, zəhməti, fədakarlığı və ən nəhayət düzgünlüyü, səmimiliyi ilə qazanıb. Qurban Qurbanov bütün ali mükafatlara layiqdir. Təbrik edirəm və Qurban müəllimə sonsuz uğurlar arzulayıram” – Aktual.az xəbər verir ki, bu fikirləri millət vəkili, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Ağdamın "Qarabağ” klubunun baş məşqçisi, tanınmış idman mütəxəssisi Qurban Qurbanovun "Şöhrət” ordeni ilə təltif edilməsinə münasibət bildirərkən söyləyib.
"Cənab Prezidentə çox minnətdaram ki, Qurban Qurbanovun fəaliyyətini, işini yüksək qiymətləndirir. Bu, həm də bütünlükdə Azərbaycan idmanına verilən qiymətdir.
Elşən Musayev
50 yaşda bu qədər uğura imza atmaq həqiqətən də asan məsələ deyil. Amma Qurban Qurbanov bunu bacarıb. O, artıq dünya futbolunda hər kəsin tanıdığı "Qarabağ”ın əsas memarlarından biri olub, Azərbaycan xalqına dəfələrlə qələbə sevinci bəxş edib.
Ən son beynəlxalq oyunda Qurban Qurbanovun sərgilədiyi nümunəvi addım da yəqin çoxlarının xatirindədir. Hakim bizim xeyrimizə qol qeydə alarkən Qurbanov meydana çıxdı və vurulan topun qol olmadığını söylədi, ədalətli davrandı, özünü əsl azərbaycanlı kimi apardı. Eşq olsun belə ləyaqətli insana. Bir daha Qurban müəllimi ad günü münasibəti ilə ürəkdən təbrik edirəm”- deyə millət vəkili fikirlərinə davam edib.
Xəbər 383 dəfə oxunub.