Qurban bayramında hara gedək? – TƏKLİFLƏR + QİYMƏTLƏR

Qurban bayramında hara gedək?   – TƏKLİFLƏR + QİYMƏTLƏR

Qarşıdan müqəddəs Qurban bayramı gəlir. Nazirlər Kabinetinin qərarı ilə 4 gün - sentyabrın 10-dan 13-dək qeyri-iş günü olacaq. İstirahət üçün bundan yaxşı imkan?!

Aktual.az  Fins.Az-a istinadən xəbər verir ki, ölkə vətəndaşları Qurban bayramı dövründə istər yerli, istərsə də xarici ölkələrə olan turlardan istifadə edə bilərlər.

Şəki-Qax-Zaqatala turu - 155 manat

Daxili turlardan biri ölkənin Şəki-Qax-Zaqatala zonasına təşkil edilir. 3 günlük tur adambaşına 155 manatdır. “Atlas travel” turizm şirkətinin təklif etdiyi bu səyahət paketi 3 gün 2 gecəni əhatə edir. Paketə gündə 3 dəfə qidalanma, həmçinin nəqliyyat və fotosessiya xərcləri daxildir. Bu tur zamanı istifadəçilər 4 ulduzlu Şəki hotelində yerləşirlər. İik gün ərzndə isə Zaqatala və Qaxı gəzirlər.

Cənub bölgəsinə səyahət – 105 manata

Digər yerli turizm şirkəti olan “Online Travel”nin təşkil etdiyi Lerik və Lənkəran turları iki günü əhatə edir. Turun qiyməti müştərinin hansı variantı seçməsindən asılı olaraq dəyişir. 11-12 sentyabrda baş tutacaq turda hər şey daxil paket 105 manatdır. Bura gündə 3 dəfə qidalanma, nəqliyyat və fotosessiya daxildir.

Həmin turun “ekonom” paketi də var – adambaşına 85 manat. Bu qiymətə yalnız yol xərci, hotel və səhər yeməyi daxildir. 5 yaşına qədər uşaqlara görə isə heç bir pul ödənilmir. 

Hər 10-cu adam pulsuzdur

Turizm şirkətləri yerli turlar üçün endirimlər də edirlər. Belə ki, yerli turizm məkanlarına səyahət çərçivəsində səfərlər qrup halında olarsa, hər 10-cu adamın səyahəti pulsuzdur. Misal üçün dostlarınız və qohumlarınızla tura gedirsizsə, onda bir nəfərin puluna qənaət etmiş olacaqsız.

Dubay səyahəti 410 dollar

Qurban bayramında ölkə vətəndaşları xaricə də səyahət edə bilərlər. Bura əsasən, yaxın xarici ölkələr - Türkiyə və Dubay daxildir. 9-10 sentyabr tarixlərində Dubaya 5 gün 4 gecəlik olan turların bir nəfərlik dəyəri 410 dollar təşkil edir. Bu məbləğə aviabilet, səhər yeməyi və aeroport-hotel-aeroport transferi daxildir. Amma 80 dollar viza rüsumu əlavə ödənilir.

Qeyd edək ki 410 dollarlıq turda müştərilər 2 ulduzlu hoteldə qalmalı olacaqlar. 3 ulduzlu hotel üçün 425 dollar, 4 ulduzlu hotel üçün isə 570 dollar ödəmək lazımdır.

İstanbula səyahət  - 280 dollar

İstanbula səyahət etmək istəyənlər isə 3 ulduzlu hotellərdə istirahət  üçün 280 dollar ödəməli olacaqlar. “Turizm.az” şirkətinin təqdim etdiyi 3 gecə və 4 günlük bu tura aviabilet, hotel transfer, səhər yeməyi və sığorta xərcləri daxildi. 

Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR