Quranı yandıran rusiyalı dövlətə xəyanətdə ittiham olundu

Quranı yandıran rusiyalı dövlətə xəyanətdə ittiham olundu
  • DÜNYA

Ötən il Volqoqrad şəhərində Qurani Kərimi yandıran 20 yaşlı Nikita Juravel bu dəfə dövlətə xəyanətdə ittiham olunub.
Aktual.az xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin prokurorluğu məlumat yayıb.
"Volqoqrad vilayətinin prokurorluğu əvvəllər məhkum olunmuş 20 yaşlı Nikita Juravellə bağlı cinayət işi üzrə ittiham aktını təsdiqləyib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) ilə ittiham olunur”, - məlumatda deyilib.
Bildirilib ki, Juravel messencer vasitəsilə Ukrayna təhlükəsizlik xidmətinin nümayəndəsinə əməkdaşlıq təklif edibmiş. Dindirilmə zamanı o, günahını tamamilə etiraf edib.
Qeyd edək ki, Juravel Quranı yandırdığına görə 3,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Xəbər 160 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR