“Quqqulu qu, bunu təkcə biz görmədik”

“Quqqulu qu, bunu təkcə biz görmədik”

“Quqqulu qu, dünyanın bütün müsəlmanları gördü, bir dənə ayı görməyən bizlərik”.

Aktual.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Ramazan bayramının 17 və yaxud 18-də keçirilməsi ilə bağlı islam aləmində olan fərqli yanaşmalara münasibət bildirərkən yazıb. Deputatın sözlərinə görə, Azərbaycanla İran lazımsız yerə iyulun 18-i tarixinə inad edib:

“Mən deyəndə ki, bütün tariximizi obyektiv araşdırsanız görərsiniz ki, bizlərin çoxu "türk vücudu ilə düşünən farslarıq", bu sözümü qəribçiliyə salırlar. Böyük Məhəmməd Əmin bu obrazımızı dəyişmək istədi, millətimizin bir qismini İran arealından qopardı ki, özümüzə bir milli kimlik qazanaq, bu kimliyimizə uyğun bir dövlət quraq, gerçək islam imanına sahib olaq, yenə də fırlanıb-dolanıb iranlılaşmağa üz tuturuq. Ramazan bayramı da bunun bir nümunəsidir. Nə türk kimi türklüyün, nə müsəlman kimi dünya müsəlmanlarının dalınca gedirik. Bütün müsəlman dünyası bayram edir, İranla biz inada davam etdirirk. Quqqulu qu, dünyanın bütün müsəlmanları gördü, bir dənə ayı görməyən bizlərik”.

Xatırladaq ki, dünyanın müsəlman ölkələrinin bir çoxu Ramazan bayramını iyulun 17-də keçirsə də, Azərbaycan da daxil olmaqla, bəzi ölkələr Ayın 17-si gecə göründüyü səbəbindən bayramı 18-də qeyd etdi. 

Xəbər 1509 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR